...

Türkiyənin əmək və sosial müdafiə naziri Bakıya gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2006 18:19 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, sentyabrın 13-də Türkiyənin əmək və sosial müdafiə naziri Murat Başesgioğlunın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayıb.

Səfər sentyabrın 18-dək davam edəcək. Səfər zamanı Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə birgə komissiyanın III iclasının keçirilməsi planlaşdırılır. İclas sentyabrın 14-də keçiriləcək.

Səfər çərçivəsində nümayəndə heyəti H.Əliyev Fondu və sosial əmək problemləri üzrə təlim və elmi-araşdırma mərkəzi ilə tanış olacaq.

Sentyabrın 18-də komissiyanın III iclasının yekunlarına dair protokol imzalanacaq.

Səfər zamanı Azərbaycan və Turkiyə hökumətləri arasında sosial müdafiə sahəsində "Əməkdaşlıq haqqında" 17 iyul 1998-ci ildə imzalanmış sazişə "Dəyişikliklər barədə" əlavə saziş bağlanacaq və sosial müdafiə sahəsində "Əməkdaşlıq haqqında" sazişin "Tətbiqi haqqında" 6 may 2004-cü il tarixli prosedur müqaviləsinə "Dəyişikliklər haqqında" protokol imzalanacaq.

Xəbər lenti

Xəbər lenti