...

Azərbaycanda çip plastik kartlara tələbat artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2006 16:27 (UTC +04:00)

Bank Respublika cari il avqustun 1-dən VİSA plastik kartların tətbiqi anından 1200-dən artıq kart buraxıb. Trend Bank Respublika-nın məlumatına istinadən xəbər verir ki, VİSA Classic, VİSA Gold və VİSA Platinum plastik kartları çip kartlardır. Azərbaycanda yayılmış maqnit kartlarla müqayisədə çip kartlar daha yüksək mühafizə dərəcəsinə və bir sıra üstünlüklərə malikdir. VİSA Gold və VİSA Platinum kartlarında həmçinin müştərinin fotoşəkli də olur.

Bank Respublika həmçinin MasterCard sistemli plastik kartlar da buraxır. Ümumilikdə bank 14 mindən artıq plastik kart buraxıb.

Bank Respublikada plastik kartı tamamilə pulsuz və bu xidmətə görə heç nə ödəmədən almaq olar. Müştərilər kart üzrə 35 günə qədər müddətə 5000 AZN/USD/EUR məbləğində faizsiz kredit də ala bilərlər.

Bank Respublika-nın kartlarından istifadə edənlər həmçinin "İtaliyaya səfər" kampaniyasında da iştirak edirlər. Kampaniyanın əsas mükafatı İtaliyaya 4 nəfərlik 7 gülük səyahətdir. 15 əlavə mükafat - Apple kompüteri və iPod musiqi pleyerləridir. Müştərinin kart üzrə ən azı 20 manat, ABŞ dolları və ya avro məbləğində hər bir əməliyyatı ona uduş üçün 1 şans verir. Qaliblərin adı bu il dekabrın 22-də elan olunacaq.

Xəbər lenti

Xəbər lenti