...

Həftə ərzində Azərbaycanın valyuta bazarının icmalı (25-29 sentyabr)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2006 10:24 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi, Azərbaycan Milli Bankının müəyyən etdiyi kimi, 0,0005 bənd (0,05%) möhkəmlənib. Ötən həftə 1 ABŞ dollarına görə orta məzənnə 0,8763 manat səviyyəsində müəyyən olunub.

Trend xəbər verir ki, ötən həftə dolların manata nisbətən maksimal məzənnəsi sentyabrın 25-i və 26-sı (1 ABŞ dollarına görə 0,8765 manat), minimal məzənnə isə sentyabrın 29-da (1 ABŞ dollarına görə 0,8760 manat) müəyyənləşdirilib.

ABŞ dollarına nisbətən manatın rəsmi məzənnəsi

dollarına nisbətən manatın rəsmi məzənnəsi

18sentyabr

0,8783

25sentyabr

0,8765

19sentyabr

0,8778

26sentyabr

0,8765

20sentyabr

0,8771

27sentyabr

0,8763

21sentyabr

0,8767

28sentyabr

0,8762

22sentyabr

0,8767

29sentyabr

0,8760

Həftə ərzində orta

0,87732

Həftə ərzində orta

0,8763


Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətən birja məzənnəsi, Bakı Banklararası valyuta birjasındakı hərraclar nəticəsində müəyyən olunduğu kimi, 0,0004 bənd (0,04%) artıb. Orta məzənnə 1 ABŞ dollarına nisbətən 0,87518 manat səviyyəsində müəyyənləşdirilib.

Ötən həftə dolların manata nisbətən maksimal məzənnəsi sentyabrın 26-da (1 ABŞ dollarına görə 0,8755 manat), minimal məzənnə isə - sentyabrın 28-də (1 ABŞ dollarına görə 0,8748 manat) müəyyənləşdirilib.

25 sentyabrda BEST-də $6,990 mln. (orta mübadilə məzənnəsi - 0,8754 AZN/USD), 26 sentyabr - $6,6 mln. (məzənnə - 0,8755 AZN/USD), 27 sentyabrda - $6,750 mln (məzənnə - 0,8752 AZN/USD), 28 sentyabrda - $20,8 mln (məzənnə - 0,8748 AZN/USD) və 29 sentyabrda - $16,998 mln. (məzənnə - 0,8750 AZN/USD) dəyərində sövdələşmələr aparılıb.

Manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

anatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

18sentyabr

0,8772

25sentyabr

0,8754

19sentyabr

0,8768

26sentyabr

0,8755

20sentyabr

0,8762

27sentyabr

0,8752

21sentyabr

0,8760

28sentyabr

0,8748

22sentyabr

0,8755

29sentyabr

0,8750

Həftə ərzində orta

0,87634

Həftə ərzində orta

0,87518


Ötən həftə ərizələrin olmaması ilə əlaqədar Rusiya (RUB/AZN) və Avropa (EUR/AZN) valyutaları ilə sövdələşmə aparılmayıb.

Həmin dövrdə özəlləşdirmə çeklərinin qiyməti bir qədər aşağı düşüb. Ötən həftə özəlləşdirmə çekinin qiyməti 20 min manat aşağı düşərək (0,4 AZN) 80 min köhnə manat (16 AZN) təşkil edib.

Xəbər lenti

Xəbər lenti