...

2006-cı ildə Atəşgah şirkətinin sığorta haqqının ötən ilki səviyyədə olacağı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2006 13:02 (UTC +04:00)

Atəşgah sığorta şirkəti 2006-cı ildə ötən ilki səviyyədə sığorta haqqı toplamağı planlaşdırır. Şirkətin baş direktoru İntiqam Hüseynovun Trend ə verdiyi xəbərə görə, hazırda sığorta daxilolmalarının həcmini proqnozlaşdırmaq çətindir, çünki onlar, əsasən, enerji sektoru ilə bağlıdır və bu sektorda güclü dəyişikliklər baş verir.

"Ona görə də mən düşünürəm ki, sığorta haqqı, demək olar ki, 2005-ci ildəki səviyyədə toplanacaq, halbuki 9 ayın yekununa görə bir qədər artım müşahidə olunur. Həm də bu artım əsasən neft sektorunun hesabına təmin olunub və bu da müsbət haldır", - deyə İ.Hüseynov qeyd edib.

Ötən il Atəşgah 11,9 mln. manat məbləğində sığorta haqqı toplayıb.

Xəbər lenti

Xəbər lenti