Gəncə Avtomobil Zavodu Çin Xalq Respublikasından avtomobil hissələrinin Azərbaycana daşınması üçün tender elan edib. Bu barədə məlumatı Trend ə zavodun mətbuat xidmətindən veriblər.
Məlumatda deyilir ki, Çinin Çan Qan avtomobil şirkəti ilə bağlanan müqaviləyə əsasən, Gəncə Avtomobil Zavoduna hələ avqust ayında gətirilməli olan yükü gecikdirdiyinə görə zavod əvvəlki şirkətlə müqaviləni pozub.
Mətbuat xidmətindən onu da bildiriblər ki, Çindən ilkin mərhələdə 18 avtomobil üçün hissələr təxminən 2 aya yaxın gecikdirilmişdi. Növbəti dəfə isə Çan Qan şirkəti ilə bağlanan eksklüziv müqaviləyə əsasən, daha 50 avtomobil üçün hissələr zavoda gətirilməlidir.