"UniBank" KB ABŞ dolları ilə həyata keçirilən əmanətlər üçün "Proqressiv" depozitinin faiz dərəcələrini artırıb.
Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir. Beləliklə, bu valyutada həyata keçirilən "Proqressiv" əmanətinin faiz dərəcəsi 4,5%-dən 14,5%-ə qədər yüksəlməklə, hər üç aydan bir artır.
"Proqressiv" depozitinin müddəti 1 ildir, lakin müştəri onu öz istəyinə görə, onun üçün əlverişli olan istənilən anda, eyni zamanda həmin dövr üçün qüvvədə olan dərəcə üzrə faizləri heç bir cərimə sanksiyası tətbiq edilmədən götürə bilər. Müddəti 3 ayadək olan dollar əmanətləri üçün faiz dərəcəsi 4,5%-ə, 3 aydan 6 ayadək olanlar üçün - 10%-ə, 6 aydan 9 ayadək olanlar üçün 12%-ə, 9 aydan 12 ayadək olanlar üçün isə 13%-ə bərabərdir. Müddəti bir il olan dollar əmanəti üçün faiz dərəcəsi 14,5% təşkil edir.
Müddət üddət |
AZN |
ABŞ dolları Ş dolları |
3 ayadək |
4% |
4,5% |
3 aydan 6 ayadək |
9% |
10% |
6 aydan 9 ayadək |
11% |
12% |
9 aydan 12 ayadək |
12% |
13% |
12 ay |
13% |
14,5% |