...

Azərbaycan-İtaliya iqtisadi komissiyasının yekunu olaraq iki sənəd imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2006 16:08 (UTC +04:00)

Trend xəbər verir ki, bu gün İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-İtaliya hökumətlərarası komissiyanın Bakıda keçirilmiş birinci iclasının yekunu olaraq iki sənəd imzalanıb. Azərbaycan iqtsadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov bildirib ki, birinci sənəd - kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu AR Kənd Təsərrüfatı Nazirliyi və İtaliyanın Meşə Siyasəti Nazirliyi arasında imzalanıb.

Tərəflər arasında bitkiçilik, maldarlıqda süni dölləndirmə, seleksiya işləri, bitkilərin mühafizəsi, karantin və baytarlıq, marketinq, kənd təsərrüfatı məhsullarının müasir texnologiyalarla emalı və istehsalı sahələrində əməkdaşlığı genişləndirmək barədə razılıq əldə olunub. Həmçinin kənd təsərrüfatı sahəsində elmi əlaqələri genişləndirmək, maldarlıqda genetik və bioloji materilların mübadiləsi, aqrar sektorda prioritet problemlərin həlli üçün birgə layihələrin hazırlanması planlaşdırılır.

İkinci sənəd isə hökumətlərarası komissiyanın ilk iclasının yekunlarına dair protokoldur. Nazir müavininin sözlərinə görə, protokol energetika, nəqliyyat, səhiyyə, mədəniyyət mübadiləsi, təhsil, sosial məsələlər və sair sahələrdə əməkdaşlığın geniş spektrini əhatə edir.

"Əsas məqsəd ticarət dövriyyəsi struktrunu təkmilləşdirməkdir. Həcmlər çox cəlbedicidir, amma strukturda diversifikasiya etmək və yeni sahələr və məhsul növləri əlavə etmək üçün potensial var", - M. Cabbarov qeyd edib.

Xəbər lenti

Xəbər lenti