Son günlər bəzi tikinti materiallarının qiymətində artım müşahidə olunur ki, bu da sementin qiymətinə ciddi təsir göstərib. Trend in İqtisadi İnkişaf Nazirliyinin məlumatına istinadən xəbər verdiyi kimi, İİN Antiinhisar Siyasəti Departamenti sement məhsulunun qiymətində artımın səbəblərini araşdırmağa başlayıb və bu məqsədlə işçi qrup yaradılıb.
İşçi qrup qiymət artımına səbəb olan faktorları, diler və distribüter şəkələrinin yaradılması zamanı antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasını, nişanlamanın qanunvericiliyə uyğunluğunu və ölkədə istehsal olunan sement məhsulunun keyfiyyət göstəricilərini araşdırır.
İİN Antiinhisar Departamenti qiymət artımına səbəb olan süni faktorların aradan qaldırılması üçün qanunvericiliyə uyğun olaraq tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıq edir.