...

Bakı Fond Birjası dövriyyənin artmasını təsdiq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2006 10:49 (UTC +04:00)

2006-cı ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasının (BFB) bütün alətlər üzrə ümumi dövriyyəsi 978,667 mln. manat təşkil edib. Bu, ötən ilin analoji dövrü ərzində olan həcmdən 280,83% çoxdur. Trend in BFB-nin məlumatına istinadən xəbər verdiyi kimi, ümumi həcmin 89,48%-i dövlət qiymətli kağızlarla həyata keçirilmiş əməliyyatların və repo-əməliyyatların, birja bazarının ümumi həcminin ən yüksək xüsusi çəkisi (61,39%) isə AMB-nin ilkin not bazarında həyata keçirilmiş əməliyyatların payına düşür. Onlar üzrə 600,799 mln. manat, dövlət qısamüddətli istiqrazları üzrə isə 72,54 mln. manat (7,4%) səviyyəsində əməliyyatlar aparılıb.

Repo-əməliyyatlar 106,678 mln. manat (ümumi həcmin 10,9%-i) həcmində həyata keçirilib. 21,878 mln. manat məbləğində (2,2%) korporativ istiqrazlar, 67,887 mln. manat məbləğində (6,9%) isə səhmlər yerləşdirilib. Korporativ bazarın həcmi 10,5% (102,944 mln. manat) təşkil edib.

Xəbər lenti

Xəbər lenti