...

Azərbaycanın Maliyyə Nazirliyi sığortaçıların profesional səviyyəsini artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2006 15:04 (UTC +04:00)

Azərbaycanda sığorta bazarını inkişaf etdirmək üçün bu sahədə çalışan kadrların bilik səviyyəsini artırmaq lazımdır. Ölkənin Maliyyə Nazirliyinin xəbərinə istinadən Trend məlumat verir ki, bununla bağlı Maliyyə Nazirliyi sığortaçıların profesional səviyyəsini yüksəltmək məsələsini diqqət mərkəzində saxlayır.

Bu istiqamətdə tədbirlərin davam etdirməsi üçün 16-19 oktyabrda Maliyyə Nazirliyinin maliyyə elmi-təhsil mərkəzində sığorta təşkilatlarının mütəxəssisləri üçün "Aktuar hesablamaların təkmilləşdirilməsi" kursları keçirilib.

Trenninqlərdə 15 sığorta şirkətindən 16 nümayəndə iştirak edib. Onlar rezervlərin hesablanması və həyat və qeyri-həyat sığorta tariflərinin əsas prinsipləri barəsində məlumatlandırılıblar. Kursu müvəffəqiyyətlə keçənlərə şəhadətnamələr təqdim olunub.

Xəbər lenti

Xəbər lenti