...

Azərdəmiryolbank daha iki müştəriyə ipoteka krediti verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2006 17:41 (UTC +04:00)

"Azərdəmiryolbank" ASC müştərilərə ümumi məbləği 38,1 min manat olan daha iki ipoteka krediti verib. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

18,9 min manat məbləğində olan bir kredit 15 il, 19,2 min manat məbləğində digər kredit isə 12 il müddətinə verilib. Yeni kreditlər mənzil almaq istəyən gənc ailələrə təqdim olunub.

Ümumilikdə, bank 94,3 min manat məbləğində 5 ipoteka krediti verib.

Qüvvədə olan ipoteka kreditləşməsi qaydalarına görə, kreditin məbləği alınan daşınmaz əmlakın dəyərinin 70%-ni keçməməlidir.

Xəbər lenti

Xəbər lenti