...

Azərbaycanın vergi orqanları 10 ay ərzində proqnozu artıqlaması ilə yerinə yetirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2006 16:29 (UTC +04:00)

Vergilər Nazirliyinin operativ məlumatına görə, 2006-cı ilin 10 ayı ərzində vergi tutulmaları üzə proqnoz 108,8% yerinə yetirilib və dövlət büdcəsinə proqnozlaşdırılan 2223,5 mln. manata qarşı 2418,5 mln. manat köçürülüb.

Trend in nazirliyin məlumatına istinadən xəbər verdiyi kimi, 2005-ci ilin analoji dövrü ilə müqayisədə dövlət büdcəsinə daxilolmalar 1273,1 mln. manat və ya 111,1% artıb.

Oktyabr ayı ərzində vergi tutulmalarının faktik həcmi proqnozu keçib. Nəticədə xəzinəyə proqnozlaşdırılmış 438,2 mln. manata qarşı 621,2 mln. manat köçürülüb ki, bu da nəzərdə tutulmuş həcmdən 41,7% çoxdur.

Xəbər lenti

Xəbər lenti