...

Növbəti monitorinq Azərbaycanda "quş qripi" aşkar etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2006 20:09 (UTC +04:00)

Azərbaycan ərazisində "quş qripi"nin qarşısının alınması üzrə növbəti monitorinq başa çatıb. Trend in Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə istinadən xəbər verdiyi kimi, monitorinq oktyabrın 25-dən 29-na kimi Abşeron yarımadası, Pirallahı, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəranda, milli park və qoruqlarda, o cümlədən sahil zolağında aparılıb. 41 baş çöl quşundan patoloji materiallar, 10 baş çöl, 2250 ev quşundan qan götürülüb. Laborator tədqiqatlar zamanı "quş qripi" virusu aşkar edilməyib.

Əvvəllər oldubu kimi, Dövlət Baytarlıq Xidməti, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssislərindən ibarət komissiyanın apardığı monitorinq zamanı quşların ölüm halı aşkar olunmayıb.

Sentyabrın sonunda keçirilmiş monitorinqin nəticələri ölkə ərazisində bu xəstəliyin hər hansı əlamətini aşkar etməyib.

DBX bildirir ki, bu xəstəliyin qeydə alındığı ölkələrdən Azərbaycana quş və quş məhsullarının gətirilməsinə, o cümlədən ölkə ərazisində çöl quşlarının ovlanması və satışı ilə bağlı qoyulmuş qadağa hələ də qüvvədədir. Ev quşlarını qapalı yerlərdə saxlamaq tövsiyə olunur.

Xəbər lenti

Xəbər lenti