...

Tağı Əhmədov: 2007-ci ildə metroda gediş haqqı bahalaşmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2006 16:41 (UTC +04:00)

"2007-ci ildə Bakı metropolitenində gediş haqqı bahalaşmayacaq". Trend in xəbər verdiyi kimi, bu barədə noyabrın 8-də Bakı metropoliteninin rəhbəri Tağı Əhmədov məlumat verib.

Onun sözlərinə görə, gediş haqqının bahalaşacağından çox danışılsa da, bu baş verməyəcək.

T.Əhmədov qeyd edib ki, keçən həftənin sonunda o, ölkə prezidenti ilə görüşüb. Prezident İlham Əliyev Bakı metropoliteninin fəaliyyətini yüksək qiymətləndirib.

Bu gün Azərbaycanda metro işçilərinin peşə bayramı qeyd olunur. Bununla əlaqədar olaraq bir sıra metropoliten işçisi fərqlənmə nişanı və digər mükafatlarla təltif edilib.

Bu il Bakı metrosunun 39 yaşı tamam olur. Gələn il Bakıda metronun 40 illiyi münasibətilə təntənəli mərasimin keçirilməsi nəzərdə tutulur", - deyə T.Əhmədov bildirib.

Xəbər lenti

Xəbər lenti