...

MDB Statistika komitəsi: MDB ölkələri arasında ən böyük ÜDM artımı Azərbaycanda qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Noyabr 2006 11:05 (UTC +04:00)

2006-cı ilin yanvar-sentyabr aylarında MDB ölkələri üzrə ÜDM artımı 2005-ci ilin analoji göstəricisinə nisbətən orta hesabla 6% təşkil edib. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

MDB Dövlətlərarası statistika komitəsinin verdiyi məlumata görə, göstərilən dövr ərzində Birlik ölkələri arasında ən böyük ÜDM artımı Azərbaycanda - 34% və Ermənistanda - 12,5% qeydə alınıb. Belorusiyada artım - 9,6%, Tacikistanda - 7,6%, Rusiyada - 5,7%, Ukraynada - 6,2%, Qırğızıstanda - 3,2%, Moldovada - 5%, Özbəkistanda - 6,6% təşkil edib.

Gürcüstan, Qazaxıstan və Türkmənistanda ÜDM artımı üzrə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti