Bakıda İslam İnkişaf Bankının dəstəyi ilə keçirilmiş beynəlxalq investisiya konfransının yekunları üzrə bank tərəfindən Azərbaycanın özəl şirkətlərinə təxminən $90 mln. kredit ayrılması haqqında qərar qəbul edilib. Bu barədə noyabrın 9-da Azərbaycanın iqtisadi inkmşaf naziri Heydər Babayev konfransın yekunları üzrə bəyan edib.
Onun sözlərinə görə, ATA Holding-ə sərgi kompeksinin tikintisi üçün $36 mln., Gəncənin Billur şirkətinə yeni avadanlığın alınması və yenidənqurulma üçün - $10 mln., Naxçıvan MR-in Intercontinental şirkətinə tikinti materiallarının alınması üçün $25 mln., Səidə şirkətinə Şəkidə və Masallıda bitkilərin yetişdirilməsi üçün $6,5 mln. kredit verilib.
O qeyd edib ki, Bakıda aparılmış danışıqlar nəticəsində Azərenerji SC-yə də iki su elektrik stansiyasında işlərin görülməsi üçün $85 mln. həcmində kredit verilib.
""Azərenerji" SC-yə kreditin verilməsi məsələsini müzakirə etmək üçün 3 həftədən sonra İİB missiyasının Bakıya gəlməsi qərara alınıb", - deyə Heydər Babayev bildirib.