Bakı Birja Fondunda (BBF) 2006-cı il noyabrın 22-dən başlayaraq Bank Respublika ASC-nin faizli adlı sənədsiz istiqrazlarının paylaşdırılması başlayır. Birja Fondunun məlumatına istinadən Trend bildirir ki, emissiyaların həcmi 1 milyon manatdır. Bir istiqrazın nominal qiyməti 100 manat miqdarında müəyyən edilib. İstiqrazlar üzrə gəlirlilik 13,7% illik, tədavül müddəti isə 365 gündür. Emissiyanın prospekti üzrə paylaşdırma açıq imza üsulu ilə BBF-nun ticarət sistemində keçiriləcək. İstiqrazların paylaşdırması zamanı anderrayter rolunda Standard Capital MMC çıxış edəcək.