...

AİB Ələt-Astara avtomobil yolunun yenidənqurulması üçün maliyyələşdirmə həcmini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2006 13:17 (UTC +04:00)

Asiya İnkişaf Bankı Ələt-Astara avtomobil yolunun yenidənqurulması üçün maliyyələşdirmə həcmini artırıb. Bu haqda bankın yol sektoru üzrə layihələrin rəhbəri Qonq Vanq Dövlət Gömrük Komitəsinin nümayəndəsi Səfər Mehdiyevlə görüşü zamanı vurğulayıb.

Onun sözlərinə görə, bank Azərbaycana Ələt-Astara hissəsinin yenidənqurulması üçün $150-200 milyon miqdarında kredit ayırmağı planlaşdırılır. Vəsait 2007-ci ilin birinci yarısında təqdim olunacaq.

Hazırda bank tərəfindən $700 min həcmində qrant vəsaiti ayrılmasını nəzərdə tutan TİƏ layihəsi üçün hazırlıqlar aparılır.

TİƏ-nin hazırlıqları başa çatandan sonra, smeta məbləğinin və Ələt-Astara hissəsində yenidənqurma, eyni zamanda, Astara komrük-buraxılış məntəqəsindəki işlərin həcminin dəqiqləşdirilməsi olacaq.

Dünya Bankı artıq Ələtdən Şorsuluya kimi olan yolunun bir hissəsini və Bakı-Şamaxı-Muğan avtomobil yolunu $200 milyon ayırmaqla maliyyələşdirilib. Bu layihədə $40 milyon vəsait ayırmaq niyyətində olan İran Bankının da iştirakı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti