...

Avropa Qonşuluq Siyasəti çərçivəsində milli fəaliyyət planı qüvvəyə minib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2006 16:15 (UTC +04:00)

Noyabrın 14-də Brüsseldə AB-Azərbaycan Əməkdaşlıq şurasının toplantısında təsdiq olunmuş Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində milli fəaliyyət planı qüvvəyə minib. Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin Trend ə verdiyi xəbərə görə, milli planın parlamentdə təsdiq edilməsinə ehtiyac yoxdur.

Onun sözlərinə görə, hazırda AQS üzrə indikativ proqram hazırlanır və onun əsasında hər il üçün proqram qəbul olunacaq. İndikativ proqramın 2006-cı ilin sonunadək təsdiq olunması planlaşdırılır.

Milli plan ticarət, sərmayə, insan hüquqlarının müdafiəsi, ölkənin demokratlaşdırılması sahəsində, təhlükəsiz, bizim qanunvericiliyimizin Avropa standartları ilə ahəngdarlığı məsələləri üzrə Avropa birliyi ilə əməkdaşlığı Azərbaycanın üzərinə qoyur. Mütəmadi olaraq proqramların reallaşdırılması haqqında məruzələr buraxılacaq. "Azərbaycan və AB arasında Tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş çərçivəsində mövcud olan bütün mexanizmlər- sektorlar üzrə yarımkomitələr, əməkdaşlıq üzrə komitə və şura işləyəcək", - deyə nazir müavini qeyd edib.

Fəaliyyət planı 7 il üçün (2007-2013-cü illər) nəzərdə tutulub. A.Ələkbərovun sözlərinə görə, fəaliyyət planı yalnız Avropa Birliyinin vəsaitləri hesabına yerinə yetirilməyəcək, belə ki, onun üzərində çoxlu öhdəliklər var və onlar Azərbaycan tərəfindən yerinə yetirilməlidirlər. Yəqin ki, bunun üçün digər donorların vəsaitləri cəlb olunacaq.

2007-ci il üzrə Azərbaycan üçün proqramın büdcəsi 19 mln. avro təşkil edəcək.

1992-ci ildən etibarən AB ilə əməkdaşlıq anından müxtəlif xətlər üzrə Azərbaycana 400 mln. avro məbləğində yardım göstərilib.

Xəbər lenti

Xəbər lenti