...

"Bank Standard"-ın istiqrazlarını 2 prezident alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2006 16:41 (UTC +04:00)

Bu gün Bakı Fond Birjasında "Bank Standard" QSC KB-nın faizli təminatlı adsız sənədsiz istiqrazlarının paylaşdırılması keçirilib. Birjanın məlumatına istinadən Trend məlumat verir ki, emissiyanın bütün həcmi - 5 milyon AZN iki hüquqi şəxs - prezident arasında yerbəyer olunub.

Bir istiqrazın nominal məbləği 1 min AZN-dir ki, bu qiymətdə də onlar reallaşdırılıb.

İistiqrazlar üzrə illik faiz dərəcəsi dövlətin qiymətli kağızları ilə hərracdan asılı olaraq dəyişəcək, buraxılışın tədavül müddəti 360 gündür.

Xəbər lenti

Xəbər lenti