...

Bakıda Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin təmsilçiləri ilə Fransa biznes nümayəndələrinin görüşü keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2006 16:15 (UTC +04:00)

Bu gün Bakıda Fransa biznes nümayəndələrilə Azərbaycanın İqtisadi İnkişaf Nazirlliyinin təmsilçiləri arasında görüş keçirilib. Bu barədə Trend xəbər verir.

Bakıda MEDEF Fransa Sahibkarlar Birliyinin tərkibinə daxil olan 30-dan artıq bank və səhmdar şirkət nümayəndəsi səfərdədir. Nümayəndə heyətinə MEDEF -in Qafqaz və Mərkəzi Asiya üzrə vitse-prezidenti Kristian Mons rəhbərlik edir. Fransız biznes nümayəndələri ilə görüşdə iqtisadi inkişaf nazirinin müavinləri Mikayıl Cabbarov və Niyazi Səfərov iştirak edib.

M. Cabbarov Azərbaycanın investisiya imkanları barədə açıqlama verib, Bakı-Tiflis-Ceyhan və Cənubi Qafqaz qaz kəmərinin tikilməsi kimi iri lahiyələrin gerçəkləşməsindən danışıb.

Onun sözlərinə görə, Azərbaycanın Milli Bankın sərəncamında olan valyuta ehtiyatları 1,4 mlrd $ , Azərbaycanın Dövlət Neft fondunda aktivləri isə 1,6 mlrd $ təşkil edir. Görüşün əsas məqsədi MEDEF və fransız investorlarının ölkədəki iqtisadi vəziyyət barədə məlumatlandırılması olub.

"Mən hesab edirəm ki, görüş konstruktiv şəraitdə keçdi və konkret nəticələr gözləmək olar. Müəyyən şirkətlər Azərbapycanda yeni layihələrə başlamağa və onların maaliyyələşməsinə maraq göstərdilər. Bu onu təsdiq edir ki, ölkədə aparılan iqtisadi siyasət və yaradılmış investision iqlim Azərbaycanı xarici investorlar üçün maraqlı etmişdir"- deyə M. Cabbarov qeyd edib.

Fransız investorları energetika və maliyyə sahəsində infrastruktur layihələrini maliyyələşdirməyə maraq gösətrirlər. K. Monsun dediyinə görə, fransız şirkətləri kənd təsərrüfatı və sənaye, (sənaye məhsullarının transformasiyası) Fransada bu sahədə böyük təcrübə olduğundan şərabçılıq ilə bağlı bir çox layihələrdə iştirak edirlər. Hazırda fransızların Danon şirkəti Azərbaycanda süd məhsullarının istehsalı ilə bağlı layihəni planlaşdırır və başqa layihələr də nəzərdə tutulur. Onun sözlərinə görə, MEDEF-də 700 min fransız şirkəti təmsil olunur ki, bu da xarici şirkətlərlə əməkdaşlıq əlaqələrini nizama salmağa və xarici bazara sərmayə qoymağa imkan verir.

Xəbər lenti

Xəbər lenti