...

Azərbaycan Vergilər Nazirliyi 37088 obyektdə kassa aparatlarının istifadəsi ilə bağlı pozuntular aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2006 13:43 (UTC +04:00)

Dekabrın 15-də operativ vergi nəzarəti üzrə genişmiqyaslı tədbirlər sırasında Vergilər Nazirliyi 157 853 obyektdə reydlər keçirib. Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin məlmatına istinadən Trend bildirir ki, 37088 obyektdə qanunvericiliyin pozulması faktı aşkar edilib. Nəticədə qanun pozucularına qarşı 3 333,088 min manat məbləğində inzibati cərimə kəsilib.

Bakıda aparılan reydlərin predmetini nəzarət-kassa aparatlarından istifadə və alıcılara qəbzlərin təqdim edilməsi, yəni əhliylə nəğd pul hesablamaları qaydalarının gözlənilməsi təşkil edir.

Xəbər lenti

Xəbər lenti