...

Bank Respublika-nın daha 2 əmanətçisinin hər biri 1000 ABŞ dolları qazandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2006 14:06 (UTC +04:00)

15 dekabr 2006-cı il tarixdə Bank Respublika-nın əmanətçiləri arasında aylıq uduş kampaniyasının 17-ci tirajı keçirilib və Bankın daha 2 əmanətçisinin hər biri 1000 ABŞ dolları məbləğində pul mükafatı qazanıb. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

Bu kampaniya çərçivəsində Bankın 34 əmanətçisi artıq pul mükafatı qazanıb. Uduş kampaniyasının növbəti tirajı 15 yanvar 2007-ci il tarixində keçiriləcək.

Kampaniyada "Əmanət Şərtlərinin Sərbəst Seçimi" məhsulu üzrə Banka ən azı 12 ay müddətində və 1000 USD / EUR / AZN məbləğində olan əmanətlər iştirak edir. Əmanətin hər 1000 USD / EUR / AZN məbləği 2 şansa bərabərdir. Hər ay keçirilən uduş kampaniyasında hər biri 1000 ABŞ dolları olmaqla 2 uduş oynanılır. Bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri uduş kampaniyasında iştirak etmir.

Uduş kampaniyasında iştirak ilə yanaşı müştərilər əmanətin məbləği və müddətindən asılı olaraq pulsuz MasterCard və IISA kartlarını əldə edə, "Home Banking" xidmətindən yararlana, Bankın hesabına tibbi sığorta və güzəştli şərtlərlə kredit ala bilərlər. Bank əmanətin məbləğinə heç bir məhdudiyyət qoymur və əmanətçilərə əmanəti artırmaq və azaltmaq imkanları verir.

Xəbər lenti

Xəbər lenti