...

Azərbaycan investisiya şirkəti Milk-Pro ilə süd zavodlarına sərmayə qoymaq niyyəti haqqında memorandum imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2006 16:20 (UTC +04:00)

"Azərbaycan investisiya şirkəti" SC və Milk-Pro MMC Göyçayda süd zavodunun yenidən qurulması və Bakıda süd emalı üzrə yeni zavodun inşasının maliyyələşdirilməsi imkanı haqqında memorandum imzalayıb. Trend AİŞ-in məlumatına istinadən xəbər verir ki, memorandumda tərəflərin investisiya qoyuluşlarının qiymətləndirilməsi üzrə öhdəlikləri, cari və gələn illərdə maliyyə hesabatının MHBS-na uyğunlaşdırılması və beynəlxalq standartlar üzrə auditin təşkili müəyyən olunub. Bundan başqa, orada sərmayə qoyuluşlarının şərtləri, müddəti, həcmləri və ilkin şərtlərin forması, investisiya qərarının qəbul olunması prosedurları öz əksini tapacaq.

Memorandumda nəzərdə tutulmuş tədbirlər başa çatdıqdan sonra tərəflər arasında sərmayə qoyuluşu haqqında müqavilə imzalanacaq. Bu müqaviləyə əsasən, Milk-Pro MMC-nin nizamnamə kapitalında AİŞ-in iştirak payı ən azı 20% təşkil edəcək. İnvestisiya şirkəti müəssisənin idarə edilməsində, eləcə də yeni süd zavodunun tikintisi və mövcud zavodun yenidən qurulması üzrə layihələrin reallaşdırılmasında iştirak etmək niyyətindədir.

AİŞ Milk-pro MMC-yə sərmayə qoyuluşlarının həyata keçirilməsi ilə yanaşı müəssisəyə sərmayə qoymaları üçün yerli və xarici investorların cəlb olunması üzrə işlər görəcək.

İnvestisiya şirkətinin Milk-Pro MMC-yə sərmayə qoyuluşu üzrə qəti qərarı AİŞ-in Müşahidə şurasında qəbul olunacaq. İlkin hesablamalara görə, bu qərarın 2007-ci ilin birinci rübündə qəbul olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti