...

Rusiya dəmir yolları Azərbaycandan tez xarab olan yüklərin daşınmasına yeni tariflər qoyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2006 16:55 (UTC +04:00)

2007-ci il üçün Rusiya dəmir yollarında tez xarab olan yüklərə xüsusi tariflər müəyyən olunub. Trend xəbər verir ki, Tariflər üzrə federal xidmət (TFX) rəhbərinin müavini Vitali Yevdokimenkonun sözlərinə görə, Rusiyanın TFX idarə heyəti 2007-ci ildə 10-01 saylı Preyskurantın Azərbaycandan, Tacikistandan, Özbəkistandan, Qırğızıstandan və Qazaxıstandan tez xarab olan yüklərin daşınması üçün mövcud tariflərinə 0,5 əmsalın müəyyən olunması haqqında qərar qəbul edib.

Bu, yüklərin göndərildiyi dövlətlərin dəmir yollarının refrijeratorlu nəqliyyat vasitələrindən istifadəyə görə RDD-nin ödənişdən azad olması şərti ilə həm Rusiya, həm də yüklərin göndərildiyi ölkələrin dəmir yollarının refrijeratorlu nəqliyyat vasitələrində daşınmalara aiddir.

Bundan başqa, Özbəkistandan örtülü vaqonlarda təzə tərəvəzlərin, bostan bitkilərinin, quru meyvələrin, konservləşdirilmiş meyvə-tərəvəz məhsullarının daşınması üçün mövcud tariflərə 0,8 əmsal tətbiq olunur.

Xəbər lenti

Xəbər lenti