...

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 30,5 mln. manat pul köçürülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2006 17:03 (UTC +04:00)

2006-cı ilin 11 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 30,5 mln. manat pul köçürülüb. Dövlət əmlakını idarə Dövlət Komitəsinin məlumatına istinadən Trend xəbər verir ki, bu dövr ərzində səhmdar cəmiyyətlərin səhmlərinin satışı üzrə özəlləşdirmə prosesi çərçivəsində 50 hərrac keçirilib, bu hərraclar gedişində 180 SC səhmi realizə edilib.

Eyni zamanda, yanvr-noyabr ayları ərzində 2900 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib.

Torpraq sahələrinin özəlləşdirilməsi və icarəyə verilməsi istiqamətində sürətləndirmə tədbirləri nəticəsində 300 torpaq sahəsi özəlləşdirilib. Bakı üzrə özəlləşmə prosesinin operativliyinin təmin edilməsi məqsədilə Dövlət Komitəsinin 4 şöbəsi və 19 regional şöbəsi fəaliyyətə başlayıb. Onlar Dövlət əmlakının özəlləşdirilməsi və idarəsi Departamenti İqtisadi İnkişaf Nazirliyindən ayrılana qədər fəaliyyət göstərən 67 şöbənin bazasında yaradılıb.

Xəbər lenti

Xəbər lenti