...

Azərbaycan Maliyyə Nazirliyinin maliyyə idarələri mütəxəssisləri üçün büdcə proqnozlaşdırılmasına dair kurslar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2006 10:55 (UTC +04:00)

Tədris planının qrafikinə uyğun olaraq dekabrın 4-dən 15-nə qədər Azərbaycan Maliyyə Nzirliyinin maliyyə elmi-tədris mərkəzində rayon (şəhər) maliyyə idarələrinin (şöbələrinin) büdcə proqnozlaşdırmaları üzrə mütəxəssisləri üçün təlim kursları keçirilib. Nazirlikdən alınan məlumata istinadən Trend xəbər verir ki, kurslar "Büdcə sistemi, dövlət büdcəsinin iqtisadi mahiyyəti və büdcə siyasəti" mövzusunda aparılıb.

Mühazirlərlə yanaşı, "Rayon və şəhərlərin gəlir və xərcləri üzrə, növbəti il üçün dövlət büdcəsi üzrə proqonozların hazırlanmasına dair normativ və hüquqi aktlar, eləcə də onlara dəyişiklik və əlavələrin edilməsi", "AR vahid büdcə klafikasiyası" mövzusunda büdcə proqonozlarının tərtib edilməsində mövcud olan problemlər və bu problemlərin aradan qaldırılması yollarının müzakirə edilməsi ilə bağlı dəyirmi masalar keçirilib.

Təlim kurslarını uğurla başa vurmuş iştirakçılara şəhadətnamələr təqdim olunub.

Xəbər lenti

Xəbər lenti