...

Azərbaycanda "quş qripi"nin qarşısını almaq üçün monitorinqlər davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2007 13:39 (UTC +04:00)

Bu gündən etibarən Azərbaycanda "quş qripi"nin qarşısını almaq üçün dekabr ayının sonunda başlanmış monitorinq bərpa edilib. Bu barədə Trend ə bazar ertəsi Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Dövlət baytarlıq xidmətindən məlumat verilib.

"Hava şəraiti əlverişli olmadığından monitorinq dayandırılmışdı, lakin sonra onun davam etdirilməsi məqsədəuyğun hesab olunub", - deyə dövlət qurumundan qeyd olunub.

Monitrinq baytarlıq xidməti, Ekologiya, Səhiyyə Nazirlikləri və Ovçular Cəmiyyətinin daxil olduğu xüsusi komissiya tərəfindən həyata keçirilir. O, köçəri quşların müvəqqəti yaşamasının ehtimal olunduğu yerlərdə - Pirallahı adası, Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəranda, milli parkların ərazisində, Xəzərin sahil zolağı boyunca keçirilir.

Monitorinq yanvarın 12-dək davam edəcək, bu zaman vəhşi və ev quşlarının qan və cəsəd nümunələri üzrə laborator müayinələr aparılacaq.

Monitorinqin yekunları tamamlandıqdan bir həftə sonra açıqlanacaq.

Virusun ölkəyə daxil olmasının qarşısını almaq üçün ölkənin bütün baytar sərhəd məntəqələri gücləndirilmiş rejimdə işləyir, ölkədə vəhşi quşların ovu, satışı və istifadəsinə və virusa yoluxma hallarının qeyd olunduğu ölkələrdən quş məhsullarının ölkəyə gətirilməsi və istifadəsinə qoyulan qadağa qüvvədə qalır.

Xəbər lenti

Xəbər lenti