...

Azərbaycan Dövlət Baytarlıq Xidməti "quş qripi"nin olmadığını bildirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2007 18:47 (UTC +04:00)

Azərbaycanda "quş qripi"nin qarşısının alınması üzrə ötən il dekabrın sonunda başlanmış və yanvarın 12-də başa çatmış monitorinqin yekunları açıqlanıb.

Trend Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə istinadən xəbər verir ki, quş cəsədlərinin heç birində bu virusun daşıyıcısı tapılmayıb.

Monitorinq zamanı vəhşi quşların 36 patoloji nümunəsi və 78 qan nümunəsi, ev quşlarının 10 patoloji və 2454 qan nümunəsi toplanıb.

Qeyd edək ki, bu gün yanvarın 20-dək davam edəcək növbəti monitorinq başlayıb.

Virusun ölkəyə daxil olmasının qarşısını almaq üçün ölkənin bütün baytar sərhəd məntəqələri gücləndirilmiş rejimdə işləyir, ölkədə vəhşi quşların ovu, satışı və istifadəsinə və virusla yoluxma hallarının qeydə alındığı ölkələrdən quşçuluq məhsullarının ölkəyə gətirilməsi və istifadəsinə qoyulan qadağa qüvvədə qalır. Ev quşlarının vəhşi quşlarla hər hansı kontaktından qaçmaq üçün onların qapalı yerdə saxlanması tövsiyyə olunur.

Xəbər lenti

Xəbər lenti