...

Azərbaycan İnvestisiya şirkəti AİYB və Milk-pro ilə süd zavodlarına investisiya qoymaq strukturunu nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2007 18:45 (UTC +04:00)

"Azərbaycan investisiya şirkəti" SC, Avropa İnkişaf və Yenidənqurma bankı və Milk pro MMC Bakıda yeni süd emalı zavodunun tikintisi və Göyçayda süd zavodunun yenidən qurulmasına investisiya strukturunun müəyyənləşməsi barədə danışıqlarabaşlayıb.

AİŞ-nin icraçı direktoru Anar Axundovun çərşənbə günü Trend ə verdiyi xəbərə görə, bu danışıqlar layihəyə ümumi investisiya qoyuluşlarının qiymətləndirilməsinin başa çatması ilə başlayıb. İnvestisiya qoyuluşları tam olaraq 10,5 mln. $ qiymətləndirilib.layihənin maliyyələşməsi imkanları barədəAİŞ və Milk-pro arasında keçən ilin sonlarında bağlanmışb memoranduma görə,AİŞ-in Milk-pronun nizamnamə kapitalındakı payı minimum 20% təşkil edəcək. İnvestisiya şirkəti müəssisənin idarə olunmiasında, həmçinin yeni zavodun tikilməsi və fəaliyyətdə olan süd zavodunun yenidən qurulması layihəsinin həyata keçirilməsində iştirak etmək niyyətindədir. A. Axundovun sözlərinə görə, hazırda AİYB nın səhm kapitalında iştirak payı, həmçinin yeni süd zavodunun tikilməsinə əlavə maliyyənin verilməsi imkanlarını müəyyənləşdirilir. Həftə ərzində layihənin maliyyələşməsi strukturunun tam müəyyənləşməsi də istisna olunmur.

İnvestisiya şirkətinin Milk Proya investisiya qoyulması barədə son qərarı AİŞ-nin müşahidə şurasında qəbul olunacaq. İlkin məlumatlara görə, bu qərar 2007-ci ilin ilk rübündə gözlənilir.

Xəbər lenti

Xəbər lenti