...

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin dəyəri Bakıda razılaşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2007 12:44 (UTC +04:00)

Azərbaycan nümayəndəliyindən Trend ə bildiriblər ki, Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmir yolunun açılması layihəsinin maliyyə məsələlərinin müzakirəsi bu gün Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə ekspertləri səviyyəsində müzakirə edilir. Bu görüş çərçivəsində layihənin dəyərinin və maliyyələşmə məsələlərinin qəti olaraq razılaşdırılacağı gözlənilir.

Dəmir yolunun tikintisi ilə bağlı detalların müzakirəsi üçün Bakıya Gürcüstan dəmir yolu rəisi İrakliy Ezukbayın başçılığı altında nümayəndə heyəti gəlib. Nümayəndə heyətinin tərkibində Gürcüstan ədliyyə və maliyyə nazirliklərinin nümayəndələri də var.

Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu nəqliyyat dəhlizinin yaradılması layihəsi 98 km uzunluğunda Qars-Axalkalaki dəmir yolu xəttinin tikintisini nəzrdə tutur, bu yolun 68 km Türkiyə, 30 km Gürcüstan ərazisinin payına düşür. Həmçinin Axalkalaki-Tbilisi sahəsində də müəyyən yenidənqurma işləri gərəkdir.

Xəbər lenti

Xəbər lenti