...

Azərbaycan Baytarlıq Xidməti Bərdədə kütləvi quş tələfatı barədə məlumatı təkzib edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2007 20:36 (UTC +04:00)

Azhərbaycan kənd təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq idarəsi KİV-də yayılmış Bərdədə, xüsusən Qılınclı kəndində kütləvi quş tələfatı barədə informasiya ətrafıvnda situasiyaya aydınlıq gətirib.

Trend in gövlət xidmətinə istinadən verdiyi xəbərə görə, onun əməkdaşları bu bölgəyə ezam olunub və yerli baytarlıq idarələrinin nümayəndələri ilə birgə rayonun ayrı-ayrı kəndlərində olub, yerli sakinlərlə görüşüb və həyətlərdəki ev quşlarının vəziyyətini yoxlayıb.

"Yoxlamalar aşkar edib ki, kəndlərin heç birində ev quşları arasında kütləvi tələfat baş verməyib və deməli yayılan məçlumat həqiqətə uyğun deyil"-deyə baytarlıq xidmətindən xəbər veriblər.

Dövlət Baytarlıq xidməti əhalini belə yanlış məlumatlara inanmamağa çağırır və qeyd edir ki, ölkə ərazisində "quş qripi" ilə bağlı monitorinqlər davam edir və onlar bu virus üzündən bir quşun da ölümü faktını aşkar etməyiblər.

Xəbər lenti

Xəbər lenti