...

Azərbaycan "quş qripi" xəbərdarlığı ilə bağlı monitorinqin yekunlarını elan etməyə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2007 20:57 (UTC +04:00)

Azərbaycanda "quş qripi" xəbərdarrldığı ilə bağlı yanvarın 19-da başa çatan növbəti monitorinqin yekunları yanvarın sonunda elan olunacaq. Bu barədə Trend ə Kənd təsərrüfatı nazirliyi yanında dövlət baytarlıq Xidmətindən xəbər veriblər.

"növbəti monitorinqin tarixi hələ müəyyənləşməyib. 2006-cı ildin aprelindən başlayaraq 8-ci, 2007-ci ilin isə birinci monitorinqinin nəticələri yanvarın 29-da elan olunacaq"-deyə dövlət xidmətindən zxəbər veriblər.

Monitorinq xüsusi komissiya tərəfindən həyata keçirilir, komissiyanın tərkibinə baytarlıq xidməti, ekologiya və təbii sərvətlər nazirliyinin, səhiyyə nazirliyinin və ovçular cəmiyyətinin mütəxəssisləri daxildir.

Ekspertlər köçəri quşların müvəqqəti yaşayış yeri olduğu ehtimal edilən ərazilərdə- Pirallahı adasında, Dəvəçidə, Salyanda Ağcabədidə, Lənkəranda, Milli parkların ərazisində, Xəzərin sahil zolaqlarında tədqiqatlar aparır.

Buna baxmayvaraq, Azərbaycanda 2006-cı ilin aprelindən bəri "quş qripi" virusu aşkar olunmayıb. Ölkənin sərhəd baytarlıq məntəqələri gücləndirilmiş iş rejimində işlyir, ölkəyə quş məhsullarının gətirilməsinə, istifadəsinə, habelə vəhşi quşların satışı, ovlanması və istifadəsinə qoyulan qadağa hələ də qüvvədədir.

Xəbər lenti

Xəbər lenti