...

Azərbaycanda ev quşlarının kütləvi tələfatı müşahidə olunmur

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2007 18:48 (UTC +04:00)

Azərbaycan Kənd təsərrüfatiı nazirliyi yanında dövlət baytarlıq xidməti Lökbatan qəsəbəsindən və Ağcabədi rayonunun Qaraxanlı kəndindən yığılmış nümunələr üzərində laborator tədqiqatları başa çatdırıb. Trend in Dövlət xidmətinin çərşənbə günü yayılan məlumatına istinadən verdiyi xəbərə görə, laborator araşdırmaları göstərib ki, quşların tələf olunmasına səbəb məişət infeksiyalarıdır.

Hər iki yaşayış məntəqəsi dezinfeksiya olunub və burada profilaktik tədbirlər aparılıb. Dövlət baytarlıq Xidməti əhaliyə ev quşlarını qapalı yerlərdə saxlamağı məsləhət görür və elan edir ki, vəhşi quşların qida məhsulu kimi istifadəsi, satışı, və ovuna qoyulan qadağa hələ də qüvvədədir.

Xəbər lenti

Xəbər lenti