...

Milli Məclisin komissiya sədri: "2007-ci ilin dövlət büdcəsində aqrar sahədə qiymətlərin sabitləşdirilməsiə 233 milyon manat vəsait ayrılıb"

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2007 18:00 (UTC +04:00)

"2007-ci ilin dövlət büdcəsində aqrar sahədə qiymətlərin sabitləşdirilməsinə 233 milyon manat vəsait ayrılıb. İndiyə qədər isə belə hala rast gəlinməyib." Bu sözləri Trend ə açıqlamasında Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri, millət vəkili Eldar İbrahimov bildirib.

O qeyd edib ki, qiymətlərin artması ilə əlaqədar olaraq bu vəsait kənd təsərüfatı sahəsində çalışanlara subsidya kimi veriləcək.

"Bəzi qüvvələr bu məsələdən istifadə etmək istəyirdilər. Müxalifət iddia edirdi ki, Tarif Şurası enerji daşıyıcılarının qiymətlərini artırdıqdan sonra kənd təsərüfatı sahəsində faciə yaşanacaq. Mən həmin dövrdə də demişdim ki, aqrar sahədə heç bir faciə olmayacaq. Prezident İlham Əliyev bildirdi ki, hökumət Azərbaycan xalqının mənafeyinə toxunacaq, əhalinin vəziyyətini ağırlaşdıracaq heç bir qərar qəbul etmir və gələcəkdə də etməyəcək. Kənd təsərüfatında istifadə olunan kübrə və texnikaya 80 milyon manat ayrılması, kreditlərin güzəştli şəkildə verilməsi bu sahədə çalışan insanlara böyük yardım olunduğunu göstərir", - deyə komissiya sədri vurğulayıb.

Onun fikrincə, dövlətin aqrar sahədə çalışanlara gömək göstərmək üçün imkanları var və bu imkanlardan istifadə olunur.

E.İbrahimov qeyd edib ki, gələcəkdə imkan olan kimi kənd təsərüfatı sahəsində çalışanlara əvəzsiz yardım veriləcək.

"Həyata keçirilən bu işlərdə əsas məqsəd aqrar sahədə işləyənlərin üzləşdikləri çətinlikləri aradan qaldırmaqdır. Bakıda təşkil olunan kənd təsərrüfatı məhsullarının yarmarkası həmişə keçiriləcək. Əgər kəndli istehsal etdiyi məhsulu özü bazara çıxara bilsə, heç bir bahalaşma olmayacaq. Kənd təsərrüfatı məhsullarında bahalaşma olsa da, bu, çox cüzi olacaq", - deyə komissiya sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti