...

Azərbaycan Dövlət Neft Fondu və USTDA ARDNF-in institusional inkişafının II mərhələsi üçün qrantın məbləğini razılaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2007 16:41 (UTC +04:00)

ARDNF və ABŞ-ın ticarət və inkişaf üzrə agentliyi (USTDA) fondun institusional inkişafı layihəsinin ikinci fazasının dəyərini razılaşdırıb. ARDNF icraçı direktoru Şahmar Mövsümov Trend ə bildirib ki, USTDA layihənin ikinci fazasının realizəsi üçün 0,8 mln. dollar ayıracaq.

Onun sözlərinə görə, qrant razılaşmasının imzalanması yaxın vaxtlar üçün nəzərdə tututulur.

Ş.Mövsümov bildirib: "İkinci faza çərçivəsində texnoloji təchizat sahəsində fonda daha geniş yardım nəzərdə tutulur. Bununla əlaqədar artıq iki tender elan edilib".

Birinci faza çərçivəsində Amerikanın "Overture Managed Solutions" şirkəti konsultasiya xidmətlərinin göstərilməsini artıq başa çatdırıb. Birinci mərhələ çərçivəsində TDA texniki yardımı 1,091 mln. dollar dəyərində olub.

Xarici menecerlərin seçilməsi göstəricilərinin tərtib edilməsi və onların təkliflərinin qiymətləndirilməsi layihənin ikinci fazasının predmetini təşkil edəcək. Və yalnız bundan sonra 2007-ci ildə Neft Fondu üçün yeni menecerlərin seçilməsi proseduru başlanacaq.

Xəbər lenti

Xəbər lenti