...

Azərbaycan İpoteka Fondunun fəaliyyətinin auditi üçün 2006-ci ildə təkliflər sorğusu elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2007 10:57 (UTC +04:00)

Azərbaycan Milli Bankının nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondu (AİF) fondun 2006-cı ildə maliyyə hesabatının auditini aparmaq məqsədilə şirkət seçimi üçün təkliflər sorğusu irəli sürüb.

Trend fondun alış üzrə komissiyanın yaydığı elanına əsasən, ikinci təkliflər sorğusunun AİF-in fəliyyətini təmin etmək üçün plakat və bukletlərin hazırlanmasına yönəldiyini bildirir.

Birinci sorğuya əsasən iştirak ödəməsi 50 manat, ikincisinə əsasən 10 manat təşkil edir. Bu AİF- 0132090005944, kod 210016 hesabına köçürülməlidir.

Namizədlər təkliflərində ƏDV vergiödəyicisi qismində qeydiyyatda olmasını faktını təsdiq edən hüquqi status və dövlət qeydiyyatı sənədlərinin surətini (dövlət qeydiyyatı haqqında əsasnamə və şəhadətnamə), bank rekvizitləri və vergi ödəyicisinin vahid nömrəsini təqdim etməlidir. Bnnunla yanaşı, korporativ müştərilər və fəaliyyət sahəsindəki iş təcrübəsi təqdim olunmalıdır. Namizədlər tərəfindən təklif edilən qiymətə nəqliyyat xərcləri, sığorta, vergi və gömrük ödəmələri və s. daxil olunmalıdır.

Təkliflər 2007-ci ilin fevralın 27-də elan olunacaq.

Əlaqələndirici Fərid Əsgərovla 493-11-22 (508) saylı telefonla əlaqə saxlamaq mümkündür.

Xəbər lenti

Xəbər lenti