...

Garadagh Cement-in yeni baş direktoru təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2007 16:32 (UTC +04:00)

Şirkətə istinadən Trend məlumat verir ki, 2007-ci ilin fevralın 1-dən Garadagh Cement BSC-nin baş direktoru postuna Xoria Adrian təyin olunub. O, bu vəzifədə Uve Kelleri əvəz edəcək.

Karyerasına 2000-ci ildə Holcium şirkətində Biznesin Layihəsi və İnkişafı üzrə menecer vəzifəsində başlayan Xoria Adrian 2002-ci ildə Rumıniyada ticarət betonunun bazara uğurlu çıxış strategiyasını işləyib hazırlamışdır. 2004-cü ildən Marketinq və Satış üzrə direktoru mövqeyində olaraq o, şirkətin ümümi inkişafına səbəb olmuş yeni məntiq konsepsiyaları və yüksəkeffetli marketinq planı tətbiq edib.

Qaradağ Sement Zavodunun inşası 1949-cu ildə SSRİ Nazirlər Sovetinin fərmanı ilə inşa edilib. Tezliklə iki peçlə istifadəyə verilib. Zavod keçmiş Sovetlər Birliyi ərazisində irimiqyaslı tikintiləri sementlə təchiz edib. 1957-1964-cü illərdə keçmiş Sovetlər Birliyində sementə olan tələbatın artması zavodda istehsalat həcminin əhəmiyyətli dərəcədə artmasına şərait yaradan əlavə yeni peçlərin istifadəyə verilməsinə imkan verib.

İstehsalat gücünə görə Qaradağ Sement Zavodu Ön Qafqazda ən böyük sement zavodu hesab edilib. Bununla yanaşı, bu zavod keçmiş Sovetlər Birliyində tamponaj sement istehsal edən yeganə sement zavodu olub.

Zavod çoxlu sayda ixtisalaşdırılmış mütəxəssisləri işlə təmin edib. Onların köməyi ilə istehsalat həcmi 1970-ci illərdə 1 500 000 tona qədər artırılıb. İstehsalat həcmi əhəmiyyətli dərəcədə azalıb. Kiçikserialı istehsalat 1999-cu ildə Qaradağ Sement Zavodunun özəlləşdirilməsi, adının Garadagh Cement BSC ilə dəyişidirliməsi və 1999-cu ilin sentyabrın 25-də şirkətin əsas səhm paketinin İsveçrənin Holcim Group şirkəti tərəfindən alınmasına qədər davam edib.

Nəticə olaraq, istehsalat həcmi müvafiq olaraq 2003-cü ildə 963 000 ton, 2004-cü ildə 1 140 00 ton və 2005-ci ildə 1 300 000 tona çatıb.

Hazırda Garadagh Cement BSC dörd peç vasitəsilə sement istehsal edir.

Xəbər lenti

Xəbər lenti