...

Ümumdünya Gömrük Təşkilatının başçısı Bakıya gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2007 20:38 (UTC +04:00)

Çərşənbə günü Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) sədri Aydın Əliyev Trend ə bildirib ki, dünən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) başçısı Mişel Dane Bakıya gəlib.

Danenin səfərinin əsas məqsədi fevralın 8-9-da Bakıda keçiriləcək saxta dərman preparatlarına qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda iştirak etməkdir.

A.Əliyevin sözlərinə görə, ÜGT baş katibinin səfəri ikigünlükdür və səfər çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycan gömrük sahəsində keçirilən tədbirlər və s. məsələlərlə bağlı Azərbaycan rəsmilərilə görüşlər keçirilməsi gözlənilir.

Konfransın ilk günündə Azərbaycan baş naziri Artur Rəsizadə və DGK sədri A.Əliyevin tədbiri görüş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayacağı gözlənilir. ÜGT, Ümumdünya Səhiyyə Təşkilatı, İnterpol, Avropa Komissiyası, Azərbaycan Səhiyyə Nazirliyi rəhbərliyinin, eləcə də Almaniya gömrük cinayətlərinin təhqiq edilməsi üzrə departament prezidenti Karl X.Matiasın, "Sanofi Aventis", "Procter & Gamble", "Dintag Corp" və b. şirkət nümayəndələrinin hesabatı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti