"Bank Respublika" ölkə regionlarında fəaliyyətinin gələcək genişləndirilməsi məqsədilə Göyçay şəhərində M.Ə.Rəsulzadə 23 ünvanında yerləşən yeni şöbə açıb.
Bu barədə bankdan alınan məlumata istinadən Trend xəbər verir.
Şöbə əhaliyə müxtəlif bank məhsul və xidmətləri təqdim edir, bunların arasında kassa-hesablama xidməti, depozitlər, MasterCard və IISA sistemi plastik kartları, Western Union, Contact, Migom, Travelex, PrivatMoney sistemi ilə təcili pul köçürmələri, sürətli poçt, Xpress Money və digər xidmət növləri var.
Bu gün "Bank Respublika" Bakı, Gəncə, Sumqayıt, Quba, Xaçmaz, Lənkəran, Yevlax, Bərdə, Şəmkir və Göyçayda 12 filial və 7 şöbəyə, eləcə də 24 ofisə malikdir, bütün sutka ərzində həftənin bütün günləri müştərilərə xidmət göstərir. "Bank Respublika" öz filial və şöbələrinin şəbəkəsini ölkənin ayrı-ayrı regionlarında genişləndirməyi planlaşdırır.