...

Azərbaycan Tarif Şurası müxtəlif növ xidmətlərə dair tariflərin tənzimlənməsi ilə bağlı yeni təkliflər alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2007 11:49 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycanın Tarif Şurasına müxtəlif növ xidmətlərin tariflərinin dəyişdirilməsi ilə bağlı yeni təkliflər daxil olub. Şura sədri, iqtisadi inkişaf naziri Heydər Babayev bilbirib ki, təqdim olunan təkliflər telekommunikasiya, nəqliyyat və s. sahələri əhatə edir.

Nazir bildirib: "Türif Şurası mütəmadi olaraq toplanır və növbəti qərar müxtəlif xidmətlər üzrə tariflərin tənzimlənməsi ilə bağlı ola bilər. Təkliflər müxtəlif strukturlardan daxil ola bilər, Şura - kollegial orqandır və onun qərarı vacibdir".

Tarif Şurasının son qərarları enerji daşıyıcıları, komunal xidmətlər və sərnişin daşımalarındakı tariflərin artırılmasına aid olub.

Xəbər lenti

Xəbər lenti