...

Fransa şərabçılıq sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2007 20:55 (UTC +04:00)

Bu gün Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyində Fransanın De Latour şərabçılıq şirkətinin nümayəndələri ilə görüş keçirilib. Bu barədə bu gün Trend ə nazirliyin bitkiçilik və torpaqdan istifadə məhsullarının emal edilməsi istehsalına nəzarət şöbəsinin rəhbəri Sabir Vəliyev məlumat verib.

De Latour nümayəndə heyətinin - şirkət prezidenti Jan-Mişel No və Şərqi Avropa bazarının inkişafı üzrə direktor Aleksey Pokrovskinin səfərinin əsas məqsədi yerli şirkətlərlə tanışlıq və əməkdaşlğın genişləndirilməsi üçün yeni əlaqələrin yaradılmasıdır.

Xəbər lenti

Xəbər lenti