...

Kapital Bank 2007-ci ildə Azərbaycanın kart bazarında fəaliyyətini aktivləşdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2007 13:53 (UTC +04:00)

Trend in məlumatına əsasən, 2007-ci ildə dövlət Kapital Bankı plastik kart bazarında fəali siyasət aparmağı planlaşdırıb. Bankın maliyyə menecmeti departamentinin direktoru Məhyəddin Məmmədovun məlumatına əsaəsn, 2006-cı ildə kartlara görə gəlir planlaşdırılmış 2 milyon manat həcmini artıq keçərək, 3,6 milyon manat təşkil edib.

M. Məmmədov qeyd edib ki, 2007-ci ildə Kapital Bank kartlar üzrə əməliyyatlarından 4 milyon manatdan çox gözləyir. Bu həmçinin Kapital Bankın əhalinin sosial müdafiəsi dövlət fondunun agent-bankı qismində təqaüdçü kartlarının verməsi, qaçqın və məcburi köçkünlərlə iş üzrə dövlət komitəsinə - kart vasitəsilə çörək pulunun verilməsi ilə bağlıdır. Hökumətin bu yaxınlardakı qərarı ilə Kapital Bank fermerlər tərəfindən yanacaq və mineral gübrələrin 50% kompensasiya dəyəri ilə alınması məqsədilə kənd təsərrüfatında maddi yardımların bölüşdürülməsində agent - bank seçilib. İlkin hesablamalara görə, bunların sayı 800 000-dir. Lakin hamı üçün kartların sifariş olunması planlaşdırılmayıb. Təqaüdçü fermerlərin təqaüdçü kartları, qaçqın və məcburi köçkünlərdə çörək pulunu almaq üçün Kapital Bankın kartları var.

Bu seqment üzrə bankın maliyyə xidmətləri bazarında payının artırılması da planlaşdırılıb. Hazırda pay 30%-ə çatır.

Xəbər lenti

Xəbər lenti