...

UNDP Azərbaycana ÜTT-yə daxil olmaqda kömək göstərməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2007 15:17 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " S.Babayeva/BMT-nin İnkişaf Proqramı (UNDP) Azərbaycana Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq prosesində kömək göstərməyə hazırdır. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu barədə BMT baş katibinin köməkçisi, BMT inkişaf Proqramının adminstratoru, BMT-nin Avropa və MDB dövlətləri üzrə regional büronun direktoru Kori Udoviçki Bakıda Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) rəhbəri Aydın Əliyevlə görüşdə məlumat verib.

Onun sözlərinə görə, UNDP-nin DGK ilə əməkdaşlığı yüksək qiymətləndirilir.

"UNDP gələcəkdə də DGK ilə əməkdaşlıq etmək niyyətindədir", deyə o, bildirib. Aydın Əliyev Avropa Komissiyasının və UNDP-nin "Azərbaycanın gömrük sisteminin təkmilləşdirilməsi" layihəsinin həyata keçirlidiyini bildirib. Layihə ölkənin gömrük sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və inkişaf strategiyasının yaxşılaşdırılması məqsədi daşıyır. Layihə çərçivəsində yeni gömrük məcəlləsinin ilkin hazırlığı başa çatıb.

Xəbər lenti

Xəbər lenti