...

2008-ci ilin yanvar ayının birindən etibarən Azərbaycanin sığorta şirkətkləri nizamnamə kapitallarını artırmalıdırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2007 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir U.İsmayılova/ 2008-ci il yanvar ayının 1-dən etibarən Azərbayacanın sığorta şirkətlərininm Nizamnamə Kapitalı 800 min manat olmalıdırf. Bu barədə çərşənbə günü Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti şöbəsinin müdiri Namiq Xəlilov xəbər verib.

Onun sözlərinə görə yeni hazırlanan sığorta qanunun qəbulundan sonra bu rəqəmin nəzərəçarpacaq dərəcədə artacağı gözlənilir.

2007-ci il yanvar ayının 1-nə olan göstəriciyə görə Azərbayacanda fəaliyyət göstərən sığorta şirkətlərinin birgə nizamnamə kapitalı 41,413 mln. manat təşkil edib.

Cari ilin yanvar ayının birinə qədər hər bir şirkətin nizamnamə kapitalı minimum 700 min manat müəyyənləşdirilsə də, bəzi şirkətlərdə artıq bu rəqəm daha da yuxarıdır.

Xəbər lenti

Xəbər lenti