...

AZAL-ın baş nümayəndəsi: Bakı-Minsk reysinin açılışı Azərbaycandan Belarusa gedişin nəqliyyat xərclərinin azalmasına səbəb olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2007 12:45 (UTC +04:00)
AZAL-ın baş nümayəndəsi: Bakı-Minsk reysinin açılışı Azərbaycandan Belarusa gedişin nəqliyyat xərclərinin azalmasına səbəb olub

Belarus,Minsk/müxbir Trend R.Ağayev/Bakı-Minsk reysinin açılışı Azərbaycandan Belarusa gedişin nəqliyyat xərclərinin azalmasına səbəb olub. Martın 8-də Bakı-Minsk reysinin açılış mərasimində "Azərbaycan Hava Yolları" Dövlət Konserninin Rusiya Federasiyası və Belarusda baş nümayəndəsi Eldar Hacıyevin məlumatına əsasən, əvvəllər sərnişinlər Bakı-Moskva və Bakı-Kiyev-Minsk tranzit reyslərindən istifadə edib, hazırda isə Bakıdan bilavasitə Minskə uçuş üçün imkan və əlverişli şərait yaranıb. "Əgər Bakıdan Moskva və ya Kiyevdən Minskə tranzit üçüş təqribən 400 dollar təşkil edirdisə, indi Bakı-Minsk birbaşa reysinə bilet 200-250 dollar təşkil edir. Bununla yanaşı, Bakı-Minsk tranzit yolu ilə uçuş 7-8 saat vaxt aparırdı, hazırda isə buna 3 saatdan çox vaxt tələb olunur. İki paytaxt arasında aviareys həftədə bir dəfə həyata keçiriləcək - həftədə bir dəfə "Azərbaycan Hava Yolları" Dövlət Konserni və bir dəfə "BelAvia" aviaşirkəti tərəfindən", - deyə baş nümayəndə bildirib.

Xəbər lenti

Xəbər lenti