...

Azərbaycan investisiya şirkəti və Küveyt maliyyə fondu əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2007 20:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Mart ayının 13-də Küveyt maliyyə evinin (onun tərkibinə Kuveyt inkişaf fondu daxildir) nümayəndə heyətinin Bakıya səfəri gözlənilir. Bu barədə məlumatı "Azərbaycan investisiya şirkəti"nin icraçı direktoru Anar Axundov məlumat verib. "Biz Kuveyt maliyyə evi ilə bir neçə istiqamətdə əməkdaşlıq imkanlarını planlaşdırıq. AİŞ-in səhmdar kimi iştirak etdiyi layihələrdə Küveyt evinin də iştirakı mümkündür",-deyə A.Axundov bildirib.

Bununla yanaşı investisiya şirkəti Küveyt evinə burada layihələri maliyyələşdirmək üçün birgə fond yaratmağı da təklif edib.

Üçüncü əməkdaşlıq istiqaməti "Public Private Partners" - özəl və dövlət şirkətlərinin əməkdaşlığı istiqamətindədir. "Bu istiqamətdə biz küveytli mütəxəssislərdən bir neçə təklif gözləyirik",-deyə Anar Axundov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti