...

AYİB UniLeasing-in səhmdarları sırasına daxil oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2007 17:54 (UTC +04:00)
AYİB  UniLeasing-in səhmdarları sırasına daxil oldu

Azərbaycazn, Bakı/ Trend müxbir İ.Xəlilova/ Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə UniLeasing lizinq şirkəti arasında şirkətin maliyyə kapitalında iştirakla bağlı müqavilə imzalandı.

AYİB şirkətin 33% səhmlərinə sahib olmaq məqsədilə 0,7 mln. dollar vəsait ayırmağı planlaşdırır. UniLeasing-in maliyyə portfelinin möhkəmləndirilməsi üçün 3 mln. dollar və onun regioknal inkişafı üçün əlavə vəsait ayrılacaq. Ümumilikdə layihənin dəyəri 3,7 mln. dollar təşkil edəcək.

AYİB-in UniLeasing-ə ayırdığı investisiyalar şirkətə həm nakıda, həm də regionlarda lizinq portfelinin diversifikasiyası hesabına bazar payını artırmağa imkan verəcək.

Bankın ayıracağı investisiya eyni zamanda keçid dövründə olan ölkələr üçün nəzərdə tutulan müasirləşdirmə proqramı çərçivəsində 250 min avro dəyərindəki texniki yardımla müşayiət olunacaq.

AYİB tərəfindən aparılan əlavə maliyyələşdirmə UniLeasing şirkətinə lizinq bazarında fiziki, orta və kiçik sahibkarlar tərəfindən tələb olunan məhsulların təmin olunmasında lider mövqe tutmağa imkan yaradacaq.

UniLeasing-in idarə heyətinin sədri Xalid Əsgərovun verdiyi məlumata görə şirkətin hazırda böyük maliyyə portfeli var və Azərbaycanın lizinq bazarının 17%-ni əhatə edir.

UniLeasing 2004-cü ildə UniBank tərəfindən yaradılıb.

AYİB-in Bakı nümayəndəliyinin rəhbəri Ayqen Yaikoğlunun bildirdiyinə görə, bu gün AYİB Azərbayacanın bank sektorunda mühüm rol oynayır.

"Biz ölkənin lizinq bazarında əməliyyatlarımızı genişləndirmək istərdik. Bu, AYİB-in Azərbaycanın lizinq bazarında iştirak etdiyi ilk layihədir. Yaxın 3-4 il ərzində AYİB nəinki Bank sektorunu, həm də lizinq sektorunu dəstəkləyəcək",-deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti