...

İl ərzində Azərbaycanda əmlak qiymətləri 25% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2007 14:22 (UTC +04:00)
İl ərzində Azərbaycanda əmlak  qiymətləri  25%  artıb

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/2006-cı ilin yanvarından 2007-ci ilin yanvarına qədər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlər təqribən 25 faiz artıb. Bu barədə bu gün Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin rəhbəri Arif Qaraşaov məlumat verib.

Qaraşovun sözlərinə görə, əmlak qiymətləri əsasən bazar iqtisadiyyatı ilə müəyyən edilir.

"Daşınmaz əmlak qiymətinin artması obyektin maya dəyərindən asılıdır və bazardakı qiymətlərlə tənzimlənməlidir", - deyə o bildirib.

Onun sözlərinə görə, əgər ölkədə tikinti materialları və enerji daşıyıcılarının qiymətləri artırsa, o zaman proporsional olaraq daşınmaz əmlakın maya dəyəri də artır və həmçinin qiymətlərin dinamikası inkişaf edir. Bazarda qiymətlər həmişə qeyri-standart olub, lakin son illər ərzində qiymətlərin dinamikası fəal olaraq artır. Qaraşovun fikrincə, bəzi rayonları çıxmaq şərtilə ölkənin regionlarında qiymətlər dinamikası paytaxtdakı kimi elə də fəal deyil.

"Azərbaycanın bəzi rayonlarında daşınmaz əmlaka ümumiyyətlə maraq yoxdur", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti