...

Nazir: "İnflyasiyanın qarşısını almaq üçün lazımi tədbirlər görülür"

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2007 20:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ 2007-ci ildə Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifə inflyasiyanın qarşısını almaqdır. Bu barədə məlumat verən maliyyə naziri Samir Şərifov bildirib ki, bu il inflyasiyanın artma ehtimalının mövcud olması hökumətə yaxşı məlumdur.

Onun sözlərinə görə, inflaysiyanın qarşısını almaq üçün lazımi tədbirlər görülür.

"Hökumət inflyasiyanın artma ehtimalının mövcud olduğunu görür", -deyə maliyyə naziri əlavə edib.

S.Şərifov oun da bildirib ki, beynəlxalq reytinq təşkilatları Azərbaycanın kredit reytinqini yüksək qiymətləndiriblər. İki müxtəlif təşkilatın qiymətləndirməsində Azərbaycanın reytinqi investisiya reytinqindən 1 pillə aşağa olub: "Bu da Azərbaycanda aparılan iqtisadi siyasətə beynəlxalq təşkilatların yüksək qiymət verdiyini göstərir."

Xəbər lenti

Xəbər lenti